Qurban Qurbanov 20 min manat ianə ayırdı

Qurban Qurbanov 20 min manat ianə ayırdı
  25 Mart 2020    Oxunub:3212
"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Azvision.az xəbər verir ki, Qurban Qurbanov Fonda 20 min manat vəsait köçürüb.

Bundan başqa, "Qarabağ" futbol klubunun futbolçuları Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait ayırıblar.



Kənan Məmmədov
Azvision.az


Teqlər: Qurban-Qurbanov   Qarabağ   Koronavirus   Fond  





Xəbər lenti