“Dərs vaxtı” sabahdan başlayır - CƏDVƏL

“Dərs vaxtı” sabahdan başlayır -  CƏDVƏL
  23 Mart 2020    Oxunub:6091
Sabah “Dərs vaxtı” proqramı çərçivəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən start veriləcək.
Azvision.az Təhsil Nazirliyinə istinadən “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 24-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edir.



Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Tədris  





Xəbər lenti