“Facebook”da Ramiz Mehdiyevin adına saxta hesab açılıb - RƏSMİ

  21 Mart 2020    Oxunub : 1413
 “Facebook”da Ramiz Mehdiyevin adına saxta hesab açılıb - RƏSMİ
“Facebook” sosial şəbəkəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin adına saxta hesab açılıb və müxtəlif paylaşımlar edilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, profil saxta olduğu üçün orada edilən paylaşımlar, o cümlədən Mübariz Mənsimovla bağlı şəkillər paylaşılaraq onun azad olunması barədə edilən çağırışlar da həqiqəti əks etdirmir: “Qeyd edilənlərin uydurma olduğunu şəbəkə istifadəçilərinin, həmçinin bütün Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırırıq”.

Azvision.az

Teqlər: AMEA   Ramiz-Mehdiyev