İrəvanda Gömrük İttifaqına qarşı etiraz aksiyası

İrəvanda Gömrük İttifaqına qarşı etiraz aksiyası
  29 Dekabr 2013    Oxunub:1193
İrəvanda Ermənistanın Gömrük İttifaqına daxil olmasına qarşı etiraz aksiyası keçirilib.
AzVision.az xəbər verir ki, dekabrın 28-də “Milli öz müqəddəratını təyin etmə” birliyinin sədri Paruyr Ayrikyan və onun tərəfdarları Ermənistanın Gömrük İttifaqına daxil olmasına qarşı etiraz aksiyası keçiriblər.

Yürüş İrəvanın Azadlıq meydanından başlayaraq paytaxtın mərkəzi küçələrini əhatə edib.

Aksiya iştirakçıları Gömrük İttifaqına qarşı “Rusiya İmperiyasına yox”, “Gömrük İttifaqına yox! Yaşasın azad və müstəqil Ermənistan !”, “Mən avropalıyam!” və s. şüarlar səsləndiriblər.

Paruyr Ayrikyanın sözlərinə görə, vəziyyəti dəyişmək hələ ki mümkündür. “Bu gün Ermənistanı ermənilərdən təmizləmək, vətənə qarşı ümidsizlik yaratmaq siyasəti aparılır. İndi onlar Yeni ili qeyd edirlər, lakin bir neçə həftədən sonra dərin depressiya başlayacaq”, deyə P.Ayrikyan bildirib.

APA


Teqlər:





Xəbər lenti