Ukraynada müxalifət lideri qeyri-adi hücuma məruz qalıb

Ukraynada müxalifət lideri qeyri-adi hücuma məruz qalıb
  29 Dekabr 2013    Oxunub:1063
“Üçüncü Ukrayna Respublikası” hərəkatının lideri, Ukraynanın keçmiş daxili işlər naziri Yuri Lutsenko Xarkovdakı “Avromaydanı” ziyarət edərkən üstünə yaşıl boya atılıb.

AzVision.az UNİAN agentliyinə istinadən xəbər verir ki, əvvəl müxalif siyasətçinin üzərinə qadın, bir neçə dəqiqə sonra isə kişi boya tullayıb.

Y. Lutsenko, onun həyat yoldaşı və meydana toplaşanların bir neçəsinin üstü boyaya bulanıb. Nəticədə kiçik iğtişaş yaranıb, hücum edənlərin hər ikisi saxlanılıb.

Ukrayna hökuməti Avropa Birliyi ilə assosiativ Sazişin imzalanmasından imtina etdikdən sonra - noyabrdan başlayaraq Avropaya inteqrasiya tərəfdarlarının etiraz aksiyaları başlayıb.

Daha izdihamlı aksiyalar Kiyevin İstiqlaliyyət Meydanında keçirilsə də, Ukraynanın bir neçə şəhərində özünəməxsus “Avromaydanlar” yaradılıb.


Teqlər:  





Xəbər lenti