Gürcüstan Afrikaya əsgər göndərəcək
“Biz artıq bu yöndə praktik addımlar atmışıq. Avropa Birliyinin Malidəki əməliyyatla bağlı tələbini müzakirə etmişik. Çox güman ki, müsbət qərar verəcəyik və əməliyyatlara qoşulacayıq”,- deyə Müdafiə naziri İrakli Alasaniya jurnalistlərə bildirib.
Onun sözlərinə görə beynəlxalq əməliyyatda iştirak ölkənin müdafiə qabiliyyətini azaltmayacaq və əksinə daha çox təcrübə toplayacaq.
AzVision.az