Azərbaycan bu il ən çox İtaliyaya məhsul göndərib

  18 Mart 2020    Oxunub : 1412
Azərbaycan bu il ən çox İtaliyaya məhsul göndərib
Cari ilin yanvar-fevral aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.
Azvision.az Dövlət Gömrük Komitəsinə (DG) istinadən xəbər verir ki, Azərbaycanın iki ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Çexiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 1 milyard 492,9 milyon ABŞ dolları, Yunanıstana 149,5 milyon dollar, Çexiyaya isə 102,9 milyon dollar təşkil edib.

Azvision.az

Teqlər: İxrac   DGK   Gömrük   Məhsul