“Nar” abunəçilərinin internetdən istifadəsi 65% artıb

“Nar” abunəçilərinin internetdən istifadəsi 65% artıb
  18 Mart 2020    Oxunub:1570
Bütün ölkə əhalisini yüksək keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”,abunəçilərini kəsintisizvə sürətli internet təcrübəsi ilə təmin etməkdədir.
Belə ki, mobil operatorun təqdim etdiyi yüksəkkeyfiyyətli internet xidməti nəticəsində internet trafikinin həcmi son 1 il ərzində 65% yüksəlib. Qeyd edək ki, artıma bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, smartfon penetrasiyasının artımı, eləcə də müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar səbəb olub. Belə ki, son 1 il ərzində Bakı üzrə smartfon istifadəçilərinin sayı 15%, regionlar üzrə isə 14% artıb.

“Nar”ın abunəçilərini keyfiyyətli internetlə təmin etməsi nəticəsində 4G istifadəçilərinin sayı 1 milyonu ötüb. Bununla da hər iki “Nar” abunəçisindən biri aktiv 4G istifadəçisidir.Hazırda 54 bölgə mərkəziniLTE texnologiyalı baza stansiyası ilə təmin edən mobil operator ölkə ərazinin 76%-ni (işğal olunmuş ərazilər istisna olmaqla), ölkə əhalisinin isə 93,2%-ni 4G/4.5G şəbəkəsi iləəhatə edir.

Azvision.az




Teqlər: Nar  





Xəbər lenti