Ermənistan demoqrafik fəlakət qarşısında

Ermənistan demoqrafik fəlakət qarşısında
  28 Dekabr 2013    Oxunub:1069
Ermənistan mətbuatı bununla bağlı həyəcan təbili çalıb.
AzVision.az xəbər verir ki, Ermənistanın “Jixovurd” qəzeti ölkədə doğumun kəskin aşağı düşməsi və kütləvi mühacirət barədə geniş yazı ilə çıxış edib.
“Vaxt keçdikcə, Ermənistanın demoqrafik vəziyyəti daha da acınacaqlı duruma düşüb. Hətta bu hökumətin rəsmi statistikasında belə öz əksini tapıb. Ötən gün Ermənistan Statistika Xidməti əhalinin siyahıyaalınması ilə bağlı yekun məlumatları dərc etdi. Bu məlumatlara görə Ermənistan əhalisi 2 milyon 871 min 771 nəfərdir. Eyni vaxtda 2001-ci ilin məlumatlarına görə bu rəqəm 3 milyon 2 min 594 nəfər idi. Başqa sözlər desək, son 10 ildə Ermənistan əhalisi 130 min 823 nəfər azalıb. Lakin aydın məsələdir ki, bu siyahıyaalmanın nəticələri reallıqda ölkədə yaşayanların sayını tam əks etdirmir.
Əgər ölkəni tərk edənlərin sayını nəzərə alsaq ölkədə əslində nə qədər insanın yaşadığını təsəvvür etmək çətin deyil.

Siyasi dairələrdə belə bir zarafat var ki, Levon Ter Petrosyan prezident olanda Ermənistanda 4 milyon, Robert Koçaryanın vaxtı 3 milyon, Serj Sarskiyanın zamanında isə 2 milyon sakin qalıb” – deyə qəzet sonda kinayə ilə yazır.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti