Ermənilər Olanda mane olurlar

Ermənilər Olanda mane olurlar
  28 Dekabr 2013    Oxunub:1032
Fransa erməniləri Fransua Olandın Türkiyəyə səfərinə qarşı etiraz edirlər.
Fransada fəaliyyət göstərən erməni təşkilatları, yanvarın 27-də Fransa prezidenti Fransua Olandın Türkiyəyə səfərinə qarşı etiraz aksiyaları hazırlayırlar. AzVision.az bu barədə türk mətbuatına istinadən xəbər verir.

Fransanın erməni təşkilatlarının Koordinasiya Şurası erməniləri Fransa prezidentin 20 illik fasilədən sonra Türkiyəyə səfərinə qarşı etiraza səsləyib.

Bəyanatda bildirilir ki, yanvarın 25-də Lion və Marseldə, yanvarın 26-da Parisdə Fransa erməniləri etiraz nümayişləri keçirəcəklər. Onlar Olanddan verdiyi sözü tutaraq “erməni genosidini” inkar etməyin cinayət olduğunu göstərən qanun qəbul etməyə çağırırlar.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti