Kirayə mənzil seçimi davam edir

Kirayə mənzil seçimi davam edir
  13 Mart 2020    Oxunub:1818
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə vətəndaşların elektron sistem vasitəsilə mənzil seçimi prosesi davam edir. Artıq Fondun razılıq barədə qərarını əldə edən 150 vətəndaşdan 56-sı onlara təyin olunan maksimal aylıq ödəniş məbləğinə uyğun olaraq mənzil seçimi edib.
Fonddan Azvision.az -a verilən məlumata görə, Fond tərəfindən EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulu prosesi də davam etdirilir. Bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar - 8236
Müraciət formalaşdıranlar - 7408
Müraciət göndərənlər - 5769
Sənəd təqdim edənlər - 292
Razılıq qərarı alanlar - 150
Razılıq verilməsindən imtina olunanlar - 1
Mənzil seçimi edənlər - 56


Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Azvision.az


Teqlər: İpoteka   Mənzil   Kirayə  





Xəbər lenti