İşə qəbul imtahanının vaxtı dəyişdirildi

İşə qəbul imtahanının vaxtı dəyişdirildi
  12 Mart 2020    Oxunub:2403
Ölkədə kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması ilə əlaqədar dövlət vergi orqanlarına işə qəbul prosesinin vaxtında müəyyən dəyişikliklər edilib.
Bu barədə Azvision.az -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, işə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi 2020-ci il aprelin 25-də Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə keçiriləcək. Bununla əlaqədar müsabiqəyə sənəd qəbulunun vaxtı da uzadılıb və Dövlət Vergi Xidmətinin saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə aprelin 3-də saat 24:00-dək baş tutacaq.

Müsabiqə və test imtahanlarının keçirilməsi ilə bağlı müəyyən edilmiş digər zəruri tələblərə və tarixlərə edilmiş dəyişikliklər barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək mümkündür.

Azvision.az



Teqlər: İmtahan  





Xəbər lenti