Kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

Kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
  11 Mart 2020    Oxunub:2260
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı artırılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, sənəd qəbulunun vaxtı 12 mart saat 11:00-a qədər uzadılıb.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

Hazırki məlumata görə, təsdiq edilmiş ərizələrin sayı 18739-dur.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti