İrandan gələn yük qatarları dezinfeksiya edilir

İrandan gələn yük qatarları dezinfeksiya edilir
  10 Mart 2020    Oxunub:1748
“Azərbaycan Dəmir Yolları” QSC koronavirusla bağlı ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda dezinfeksiya tədbirlərini davam etdirir.
QSC-dən Azvision.az -a verilən məlumata görə, sərhəd keçid məntəqələrində sərnişin stansiyaları ilə yanaşı yük qatarlarında da dezinfeksiya işləri aparılır.

Səhmdar cəmiyyətinin Həkim-Sanitar Xidmətinin dezinfektorları İrandan ölkə ərazisinə daxil olan yük qatarlarında müntəzəm qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, koronavirusla mübarizə tədbirləri Yalama və Böyük Kəsik sərhəd keçid məntəqələrində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə aparılır. Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir.

Xatırladaq ki, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları”nda xüsusi qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının "qaynar xətt"i (012 499 61 11) fəaliyyət göstərir.

Azvision.az



Teqlər: Qatar   İran  





Xəbər lenti