I sinfə qəbulun elektron qeydiyyatı başlayır

   I sinfə qəbulun elektron qeydiyyatı başlayır
  10 Mart 2020    Oxunub:2420
Sabahdan 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qaydada qeydiyyat başlayır.
Azvision.az xəbər verir ki, martın 10-u, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Qeyd edək ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.

Azvision.az



Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti