Məktəblərdə tətil mayın 1-dək uzadılacaq? - Rəsmi açıqlama
"Nazirlər Kabineti yanında operativ qərargahın adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır.Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir. Xahiş edirik, rəsmi xəbərlərə istinad edin", - deyə nazirlik rəsmisi bildirib.
Qeyd edək ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Nazirlər Kabinetinin sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi