Müəllimlərə verilən vaxt başa çatdı

Müəllimlərə verilən vaxt başa çatdı
  07 Mart 2020    Oxunub:2713
Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə elektron sənədlərin qeydiyyatı başa çatıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, elektron ərizələrin yoxlanılması həyata keçiriləcək və nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edirlər.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Müsabiqə  





Xəbər lenti