Birinci siniflərin məktəb seçiminin tarixləri açıqlandı

  Birinci siniflərin məktəb seçiminin tarixləri açıqlandı
  02 Mart 2020    Oxunub:2298
2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək. Sistemdə elektron qeydiyyat martın 10-dan aktivləşəcək. Martın 13-də saat 11:00-dan etibarən isə məktəb seçiminə start veriləcək.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib. Onun sözlərinə görə, birinci siniflərin məktəb seçimi sentyabrın 15-dək davam edəcək.

Bundan başqa ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla).

O qeyd edib ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq.

I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədi ilə Alternativ Qeydiyyat Mərkəzləri də fəaliyyət göstərəcək.

Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, Alternativ Qeydiyyat Mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən həftənin III və V günləri Apelyasiya komissiyalarına müraciət edə bilərlər.


Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti