` Pussy Riot` tam tərkibdə azadlıqda
Keçmiş məhbus azadlığa çıxdıqdan sonra ilk işinin Mordoviya Pentensiat Xidmərinin rəhbəri, general Simçenkovun vəzifədən ayrılmasına nail olmaq olduğunu bildirib. Nadejda Tolkonnikova özünün və Mariya Alyoxinanın həbsdən azad olunmalarını hakimiyyətin 2014-cü il Soçi Qış Olimpiya Oyunları öncəsi qorxularının olması ilə əlaqələndirib. O, bundan sonra hüquq müdafiəçisi kimi fəaliyyət göstərmək niyyətində olduğunu bəyan edib.
Xatırladaq ki. 2012-ci ilin avqustunda feminist “Pussy Riot” pank qrupunun üzvləri – Nadejda Tolkonnikova, Mariya Alyoxina və Yekaterina Samuçeviç kilsədə Putin barədə yazılan parodik mahnı ifa etmələrinə görə 2 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Teqlər: