Əcnəbi tələbələrə Xocalı faciəsi haqqında məlumat verilib

  24 Fevral 2020    Oxunub : 1724
Əcnəbi tələbələrə Xocalı faciəsi haqqında məlumat verilib
Təhsil Nazirliyində ölkəmizin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Xocalı faciəsinə həsr olunan tədbir keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə əcnəbi tələbələrə işğalçılıq siyasəti aparan qəsbkar ermənilərin Azərbaycanın şəhər və rayonlarında, xüsusilə Xocalıda törətdikləri qanlı faciələr haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, əslən Xocalıdan olan, Corc Vaşinqton Universitetinin magistri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Nərmin İbrahimova və ABŞ-ın Sirakuz Universitetinin fəlsəfə doktoru, ADA Universitetinin müəllimi Gülməmməd Məmmədovun yaddaş hekayəsi dinlənilib.

Azvision.az

Teqlər: Xocalı