Rza Zərrab və Çağlayanı ifşa edən milyonluq saat - FOTO
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Patek Philippe 5101G” markalı saatın dəyəri 750 min türk lirəsidir. İddiaya görə, nazir həmin saatı İsveçrənin Cenevrə şəhərində görüb bəyənib və Zərrabdan o saatı almağını istəyib.
Rza Zərrab adamlarından birini Cenevrəyə göndərib və o saatı nazir üçün alıb. İddialarda saatın nazirə təqdim olunmasının dəqiq yeri və saatı da göstərilir. Belə ki, saatı aldırdıqdan sonra Rza Zərrab 2013-cü il iyulun 24-də yerli vaxtla saat 16:45-də nazirin köməkçisi Onur Qaya ilə görüşüb və hədiyyəni ona təslim edib.
Bu iddia Rza Zərrabla Onur Qaya arasındakı telefon danışığının dinlənməsi zamanı ortaya çıxıb. Bu mövzuda başqa bir telefon söhbəti isə Rza Zərrabın adamı Murad Yılmazla nazirin mühafizə xidmətinin rəhbəri Əmrah adlı şəxs arasında baş tutub. Saatı alandan sonra səhər yerli vaxtla 10:36 radələrində Onur Qaya Rza Zərraba zəng edərək nazirin adından təşəkkür edib.
Fatimə Kərimli