Koronavirus qızıl bazarına necə təsir edir? - AÇIQLAMA

   Koronavirus qızıl bazarına necə təsir edir? -    AÇIQLAMA
  24 Fevral 2020    Oxunub:2324
"AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov dünyanı cənginə alan koronavirus səbəbindən qızıl və digər əlvan metalların qiymət artımına münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, QSC sədri deyib ki, dünya birjalarında qızılın və digər əlvan metalların qiyməti həm tələbat, həm də digər geosiyasi vəziyyətlərə bağlı olaraq dəyişir:

"Hazırda dünya birjalarında qızılın qiymətində artım müşahidə edilir. Buna səbəb investorların qızılı ehtiyat üçün almasıdır. Məhz bu, tələbatı artırıb. Biz 2020-ci il üçün büdcəni formalaşdıranda bir neçə qiymət proqnozlaşdırmışdıq. Hazırda qızılın qiyməti bizim proqnozlarımızdan yuxarıdır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti