1-ci sinfə qəbul üçün müsahibələrə başlanıldı

1-ci sinfə qəbul üçün müsahibələrə başlanıldı
  24 Fevral 2020    Oxunub:3213
Bu gündən etibarən təhsili digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu üçün müsahibələrə başlanılır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.

“Ümumi təhsil haqqında” qanuna əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək.

Müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsili idarəetmə orqanları tərəfindən təşkil ediləcək. Bu barədə yerli təhsili idarəetmə orqanları tərəfindən valideynlərə müvafiq məlumat verilir.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti