Bayraqdar da istefa verdi - Türkiyə ŞOKDA+VİDEO

Bayraqdar da istefa verdi - Türkiyə ŞOKDA+VİDEO
  25 Dekabr 2013    Oxunub:1190
Bayraqdar: “Baş nazir də istefa etməlidir”

Türkiyədə rüşvət qalmaqalında adı keçən şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar da istefa verdi

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Bayraqdarın özü məlumat verib. O, bildirib ki, millət vəkilliyi və nazirlikdən istefa edib:

“Millət vəkilliyi və nazirlikdən istefa edirəm”-deyə, Ə.Bayraqdar əlavə edib.

Bayraqdar bildirib ki, onu istefa verməsi ilə bağlı heç bir təzyiq göstərilməyib: "İzah edə bilməyəcəyim heç nə yoxdur. Mənə istefa ver deyə heç bir təzyiq göstərilməyib və bu iddiaları qəbul etmirəm. Bu milləti və vətəni rahatlatmaq üçün Baş nazirin də istefa etməsi lazımdır"

Qeyd edək ki, bu gün səhər saatlarında iqtisadiyyat naziri Zəfər Çağlayan və daxili işlər naziri və Müəmmər Gülər də istefa verib.



Sevinc


Teqlər:  





Xəbər lenti