Qurban Yetirmişli: “Hər gün zəlzələ olur”

     Qurban Yetirmişli:    “Hər gün zəlzələ olur”
  22 Fevral 2020    Oxunub:2460
“Azərbaycanın bölgələrində xırda təkanların olma ehtimalı çoxdur və bu, hər gün baş verir. Hacıqabuldakı zəlzələnin maqnitudası 3-dən yuxarı olduğuna görə ictimaiyyətə məlumat verdik. Narahat olacaq məqam yoxdur”.
Bunu Azvision.az -a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, xırda təkanlar təkcə Hacıqabulda deyil, digər yerlərdə də baş verir.

“Xırda təkanlı zəlzələlər hər gün olur. Qorxulu bir şey yoxdur. Bəzən təkanlar hiss olunur. Amma hazırda elə bir bölgə yoxdur ki, orada dağıdıcı zəlzələ ilə bağlı təhlükə ehtimal edilsin”.

Qeyd edək ki, bu gün Hacıqabul rayonunda ardıcıl üç dəfə zəlzələ baş verib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti