Jurnalist döyüldü, ara qarışdı
İki naməlum şəxs tərəfindən Kiyevin Borispol səmtində döyülən Çernovol ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı. Onun döyülməsi faktı ilə bağlı artıq cinayət işi açılıb.
Hadisədən xəbər tutan Ukrayna müxalifəti isə daxili işlər naziri Vitali Zaxarçenkonun istefa verməsi tələbi ilə nazirlik binasına doğru yürüş etməyə cəhd göstərib.
Xatırladaq ki, Tatyana Çernovol “Ukrayskaya Pravda” internet portalı ilə əməkdaşlıq edirdi və Ukrayna Milli Təhlükəsizlik Xidmətinin sədri Andrey Kluyev, prezident Viktor Yanukoviç və daxili işlər naziri Vitali Zaxarçenkonu tənqid edən yazılar yazırdı.
Vüqar İsmayılov