Saakaşvili təəssüfləndi
“Təəssüf ki, hər şey mənim yaxın həftələrdə ikinci vətənim - Ukraynaya səyahət edə bilməyəcəyim şəkildə inkişaf edib. Amma mənim qəlbim və ruhum öz azadlıqları, müstəqillikləri və Avropa gələcəkləri uğrunda mübarizə aparan ukraynalı bacı və qardaşlarıma məxsusdur” – deyə Saakaşvili qeyd edib. O, nə vaxtsa yenə də Ukraynaya səfər edə biləcəyinə ümidini ifadə edib.
“Mən əminəm ki, yenidən gözəl və müstəqil Kiyev şəhərində demokratiyanın təntənəsini bayram edə biləcəm. Yaşasın Ukrayna”, - deyə Saakaşvili sonda qeyd edib.
Xatırladaq ki. ötən gün Ukrayna Xarici İşlər Nazirliyi və Milli Təhlükəsiz Xidməti Ukrayna Saakaşvilinin də daxil olduğu 36 nəfərlik “qara siyahı” dərc edib. Siyahı iqtidardakı Regionlar partiyasının müraciəti əsasında hazırlanıb.
Vüqar İsmayılov