Dini mərasim kalendlərin oxunması ilə başlayacaq. “Şöhrət” dini himninin oxunmasından sonra, orqan müşayətilə kilsə zəngləri çalınıb.
Pontifik bundan sonra İsa Məsihin kiçik şəklini qurbangahın yanına qoyub. Dünyanın fərqli bölgələrindən 10 uşaq isə onun üzərinə gül dəstələri qoyub.
Bundan sonra etiqadına görə təqib olunanların şəninə dualar oxunub ki, onlar Tanrıdan güc alsınlar.
Bu saatlarda dünyanın 100-dən artıq ölkəsində katoliklər Milad bayramını geniş şəkildə qeyd edirlər. Ənənəyə görə Milad axşamı xristianlar İsa Məsihin doğulmasının müjdəçisi olan Vifliem ulduzunun xatirəsinə qaranlıq düşənə oruc saxlayırlar.
Günorta çağı Müqəddəs Pyotr kilsəsinin eyvanından camaata Milad müraciəti edən Fransisk sonda “Urbi et orbi” duası oxuyub.