Keçmiş baş nazir həbs olundu
Verilən məlumata görə o, şəxsi tikiş fabrikinin milliləşdirilməsi barədə məhkəmə qərarını icra etməməkdə ittiham olunur. 1 il müddətinə azadlıqdan məhrum edilməsinə rəğmən o, istintaqdan yayına bilmişdi.
Hazırda “Müsəlman Qardaşları” təşkilatının əksər üzvlərinin saxlanıldığı Tora həbsxanasına yerləşdirilən Kandilin Sudana qaçmağı planlaşdırdığı müəyyən olunub.
2012-ci il iyulun 3-də Məhəmməd Mursi hökumətinin devrilməsindən sonra Hişam Kandil vəzifəsindən ayrılıb. “Vadi Natrun” həbsxanasından məhbusların qaçışını təşkil etməkdə də ittiham olunan keçmiş baş nazir tezliklə məhkəmə qarşısına çıxacaq.
Vüqar İsmayılov
Teqlər: