Vakant vəzifələr üzrə ümumi müsahibə davam edir

Vakant vəzifələr üzrə ümumi müsahibə davam edir
  19 Fevral 2020    Oxunub:1926
Ümumilikdə 8 dövlət orqanında 26 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş ümumi müsahibə davam edir.
Azvision.az DİM-in saytına istinadən xəbər verir ki, bu gün saat 17:10-a olan göstəricilərə görə, ümumi müsahibədə 5 nəfər uğur qazanıb. Onlardan 2-si Maliyyə Nazirliyində, 2-si Energetika Nazirliyində, 1 nəfər isə Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.

Ümumi müsahibə martın 5-də başa çatacaq.

Qeyd edək ki, müsahibəyə ərizə qəbulu fevralın 3-də yekunlaşıb. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (53 nəfər) və Energetika Nazirliyində (23 nəfər) qeydə alınıb.

Azvision.az



Teqlər: DİM   Müsahibə  





Xəbər lenti