Mer baba oldu

Mer baba oldu
  25 Dekabr 2013    Oxunub:1305
Nyu-york meri Maykl Blumberq ilk dəfə baba olub.
Şəhər merinin 30 yaşlı qızı, yazıçı Corcina Blumberq və onun boyfrendi Ramiro Kuintananın oğlu olub.

Blumberq nəvəsinin gəlişini həvəslə gözlədiyini bildirib: “Mən çox həyəcanlıyam, Corcina ilə fəxr edirəm. Onlar əla valideyn olacaqlar. Bu yeni il üçün yaxşı başlanğıc oldu.”.

Qeyd edək ki, uşaq Blumberqin ilk nəvəsidir. Valideynləri onun adını Casper Maykl Braun Kuintina qoyublar. Uşağın ikinci adı babasının şərəfinədir.

Xatırladaq ki, Maykl Blumberqin mer kimi səlahiyyət müddəti 2014-cü ik yanvarın 1-də bitir.

S. Həsənova


Teqlər:





Xəbər lenti