Nöqsanlara yol verən 5 məsul şəxsə töhmət verilib

  18 Fevral 2020    Oxunub : 1660
 Nöqsanlara yol verən 5 məsul şəxsə töhmət verilib
Ötən ay Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Bakı, Sumqayıt, Şəki şəhərləri, Ağdam, İmişliLənkəran rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhərindəki 167, 56 və 192 nömrəli, Ağdam rayonu S.Həsənov adına Əfətli kənd, İmişli rayonu F.Rəhimov adına Cəfərli kənd 2 nömrəli tam orta məktəblərdə təsdiqini tapan hallar həmin ümumi təhsil müəssisələrinin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol verən 5 məsul şəxsə töhmət verilib.

Azvision.az

Teqlər: Təhsil-Nazirliyi