Peşə standartları əsasında metodik vəsaitlər hazırlanacaq

Peşə standartları əsasında metodik vəsaitlər hazırlanacaq
  17 Fevral 2020    Oxunub:1907
Peşəyönümü tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə peşə standartları əsasında metodik vəsaitlər (peşə profilləri) hazırlanacaq.
Azvision.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən işi 2020-2023-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birgə icra edəcək.

Qeyd olunub ki, indiyədək 100 peşə profili hazırlanıb.

Azvision.az



Teqlər: Peşə  





Xəbər lenti