BDU-ya yeni mətbuat katibi təyin olundu

  17 Fevral 2020    Oxunub : 1663
 BDU-ya yeni mətbuat katibi təyin olundu
Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.
Azvision.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayevin əmri ilə bu posta Jurnalistika fakültəsinin müəllimi Günel İsgəndər qızı Orucəliyeva təyinat alıb.

Qeyd edək ki, BDU-nun bundan əvvəlki mətbuat katibi Pərvanə İbrahimova idi. O, 20 illik fəaliyyətindən sonra universitetdəki işindən ayrılıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: BDU   Təyinat