Böyük Britaniyanı emiqrantlar dalğası gözləyir

Böyük Britaniyanı emiqrantlar dalğası gözləyir
  25 Dekabr 2013    Oxunub:1117
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın İctimai-Siyasi Araşdırmalar İnstitutunun məlumatına əsasən, Londonun xəstəxanaları, məktəbləri və yaşayış yerləri 2014-cü il yanvarın 1-dən etibarən, bolqar və rumın emiqrantlarının ölkəyə gəlişindən sonra böyük təzyiqlə üzləşəcək.

Bolqar və rumınların çoxu Böyük Britaniyada yaşayış və iş hüququndan istifadə edərək paytaxta üz tutacaqdır. Paytaxtda bu ölkə vətəndaşlarının icmaları mövcuddur. Bu ölkədəki rumın və bolqarların təxminən 60 faizi London şəhərinin Brent, Nyuem, Harrou, Barner və Uoltem-Forest rayonlarında yaşayır.


Teqlər:





Xəbər lenti