“Mən Rza Zərrabın rəisi deyiləm”- İranlı milyarder danışdı
“Türk məbuatında haqqımda çıxan və başa düşməkdə çətinlik çəkdiyim xəbərlərlə bağlı açıqlama vermək ehtiyacı hiss edirəm.
Ticarət əlaqələrimin heç birində çox kiçik də olsa qanunazidd hərəkətim olmayıb.
Mənbəyi əsla gizlənilə bilməyən həcimdə olan ticarət əlaqələrimlə bağlı olaraq İran vətəndaşlarına tətbiq olunan bir sıra məhdudiyyətlər xaricində haqqımda hər hansı bir istintaq və məhdudiyyət də yoxdur.
Türkiyədə olan ticarət fəaliyyətimin hamısı qeydiyyatdadır və hər hansısa bir qeyri-qanuni davranışım olmayıb.
Türkiyədə gündəmdə olan istintaqda adı keçən insanlar arasında iranlı olduğu üçün tanıdığım Rza Zərrabdan başqa heç kimi tanımıram. Onunla da indiyə kimi bir neçə dəfə görüşmüşəm. Onun ticarət işlərinin içərisində deyiləm və işləri barədə heç nə bilmirəm. İş yerlərinin harada olduğunu da bilmirəm. Əgər qanunazidd işlərə də qarışıblarsa, bu onların məsuliyyətləridir.
Təxminən 6 aydan bəri İrandan kənara getməmişəm. Hələ də Tehrandayam. Rza Zərrabla Antalyada görüşəcəyimlə bağlı xəbərlər tamamilə yalandır. Mən məşhur adamam. Qanundankənar işlərlə səyahət edə bilmərəm və saxta sənədlərdən istifadə etməyim mümkün deyil.
Xəbərlərdə adı çəkilən təyyarədə qızıl ticarəti tamamilə qanuni yolla həyata keçirilib. Qanadan 1.5000 kq qızıl aldım. Bunun 500 kq-nı Türkiyəyə , qalanını isə Dubaya satmağı planlaşdırırdım. Atatürk Havalimanında qızılın haradan alınması ilə bağlı sənədlər tələb olunduğu və bu sənədlərin Qanadan gətirilməsi biraz vaxt aldığı üçün təyyarə havalimanında qalmışdı. Sənədlər təhvil verildikdən sonra isə təyyarə Türkiyəni tərk edib. Bu məsələ Türkiyənin rəsmi orqanları tərəfindən dəfələrlə araşdırılıb və barəmdə heç bir ittiham səsləndirilməyib.
Rza Zərrabın rəisi deyiləm. Aramızdakı iş münasibətləri bütün ticarət həcminin mində birindən belə azdır. Bunlar da tamamilə qanunidir.
Son illərədə Baş nazir Rəcəp Tayyip Ərdoğanın liderliyi ilə inkişaf edən Türkiyə sadəcə mənim üçün deyil, müsəlman ölkələrinin investorları üçün cəlbedicidir. Mən Ərdoğana güvəndiyim üçün Türkiyə yə sərmaye qoydum. İnkişaf edən dünyada ən qabaqda gedən Türkiyə və Türkiyənin Baş naziri Ərdoğan ilə bir müsəlman olaraq fəxr edirəm.
Sahib olduğum holdinq 65 şirkəttən ibarətdir və illik dövriyyəsi 6-7 milyard dollar civarındadır. Mənim xəbərlərdə adı keçən kiçik işlərə ehtiyacım yoxdur.
Bu həcmdə varidatın qanunazidd və qanunsuz yollarla əldə olunması və qorunması mümkünsüzdür. İran vətəndaşı olaraq, İran vətəndaşlarına tətbiq olunan təcrid və potensial günahkar siyasətinin əvəzini ödəyirəm.
Ancaq hər şeyə rəğmən, Türkiyə və həyatımda heç qarşılaşmadığım və tanımadığım baş nazir Rəcəp Tayyib Ərdoğana olan sevgim azalmacaq.
Türkiyəyə sərmaye qoymağa da davam edəcəm. Haqqımda saxta xəbərlər yayaraq, məni bezdirməyə çalışanları da sevindirməyəcəm.
Haqqımdakı iddialarla bağlı olaraq mən hər bir məlumat, sənəd və köməyi etməyə hazıram. Hörmətlə türk xalqına bu məlumatları ərz edirəm”.
Sevinc İltifatqızı