Ermənilər Gömrük İttifaqına bir addım da yaxınlaşdı

Ermənilər Gömrük İttifaqına bir addım da yaxınlaşdı
  24 Dekabr 2013    Oxunub:1009
Gömrük İttifaqı ölkələri Ermənistanın bu quruma üzvlüyü ilə bağlı “yol xəritəsi”ni imzalayıblar.
Bu gün Avrasiya Ali İqtisadi Şurasının dövlət başçıları səviyyəsində keçirilən toplantısında Ermənistanın Gömrük İttifaqına üzvlüyü və Vahid İqtisadi Məkana (Rusiya, Belarus və Qazaxıstan daxildir) birləşməsi ilə bağlı tədbirlər planına dair qərar və bəyanatlar imzalanıb.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına qoşulması üçün “yol xəritəsi”ni xüsusi rəylə imzalayacaqlarını bildirib: “Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri məsələsinə dair izahat istəyirik. Gömrük İttifaqının sərhədləri məsələsi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu sərhədlərin Ermənistanda haradan keçəcəyi açıq qalır. Ona görə də biz həmkarlarımızla birlikdə “yol xəritəsi”ni xüsusi rəylə imzalayacağıq”.

Xatırladaq ki, Ermənistan Gömrük İttifaqına qoşulmaq barədə 2013-cü ilin sentyabrında qərar qəbul edib. (apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti