Aprel şəhidi Nurlan Abdullazadənin doğum günüdür
Orta təhsilini başa vurduqdan sonra 2012-ci ildə Naxçıvanda Muxtar Respublikasında hərbi xidmət keçib. Hərbi xidmətin başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Ailənin yeganə oğul övladı olan Nurlan Abdullazadə gizir kimi xidmət etdiyi cəbhə xəttinin Tərtər istiqamətində aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhid gizir aprelin 5-i doğulduğu Zərdab rayonunda torpağa tapşırılıb.
Nurlan Abdullazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Azvision.az
Teqlər: Şəhid Gizir NurlanAbdullazadə