Ebru Gündeş: “Rza əlimi tutmadan yata bilmir”

Ebru Gündeş: “Rza əlimi tutmadan yata bilmir”
  24 Dekabr 2013    Oxunub:1554
Rza Zərrabın xərçəng xəstəliyi ilə yanaşı psixoloji xəstəlikdən (panik atak) əziyyət çəkdiyi ortaya çıxıb.
Ötən gün məşhur müğənni Ebru Gündeş dekabrın 17-dən həbsdə olan həyat yoldaşı, məşhur biznesmen Rza Zərrabla görüşmək üçün həbsxanaya gedib. O, jurnalistlərin şəkil çəkməsinin qarşısını almaq üçün cipini həbsxananın tam girişinə yaxınlaşdırıb.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, müğənni vəkil və mühafizəçilərin müşayiəti ilə içəri daxil olub. Müğənni həyat yoldaşı ilə saat yarım görüşüb. Ebru Gündeşin yaxınları bildiriblər ki, görüş zamanı müğənni ancaq ağlayıb və yoldaşının əlini tutub. Onlar bildiriblər ki, Ebru Gündüş çox halsızdır və ağlamaqdan gözləri şişib.

Ərindən zorla ayrılan Ebru Gündeş həbsxanadan çıxdıqdan sonra yaxınlarına bildirib ki, Rza Zərrab çox xəstədir və bu hadisələr onun xəstəliyini daha sürətləndirib.

Ebru Gündeş qeyd edib ki, yoldaşı onun sinəsinə söykənmədən, əlini tutmadan yata bilməz.

Onu da əlavə edək ki, R.Zərrabın xərçəng xəstəliyi ilə yanaşı psixoloji xəstəlikdən (panik atak) əziyyət çəkdiyi ortaya çıxıb. O, 1 ildir ki, həftənin 4 günü xərçənglə yanaşı bu xəstəlikdən də müalicə alıb.

Sevinc


Teqlər:  





Xəbər lenti