Əl-Cəzirə Ermənistanda Rusiya əleyhinə aksiyaları belə təqdim etdi - VİDEO
24 Dekabr 2013
Oxunub:1101
Qətərin “Əl-Cəzirə” telekanalı dekabrın 23-də Yerevanda Rusiya və yerli hökumət əleyhinə etirazlarla bağlı video material yayımlayıb. Qeyd edə ki ki, Ermənistanla Rusiya arasında ArmRosqazpromun 20 faiz səhmlərinin Qazproma satılması ilə bağlı imzalanmış razılaşmaya etiraz olaraq keçirilən aksiyalar bu gün də davam edir. Telekanlalın verdiyi məlumata görə, dünənki aksiyada minlərlə adam iştirak edib.
Aksiya iştirakçılarının sözlərinə görə, sözügedən razılaşmaya əsasən Ermənistan, yaxın 30 il ərzində Rusiyadan başqa heç bir ölkədən qaz idxal edə bilməyəcək.