Şagirdlərin yerdəyişməsinə yenidən start verildi

Şagirdlərin yerdəyişməsinə yenidən start verildi
  13 Fevral 2020    Oxunub:2145
Azərbaycanda şagirdlərin yerdəyişməsinə yenidən start verilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılıb.

Sorğuların qəbulunun müvəqqəti dayandırılması məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlı idi.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və alternativ qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti