AQTA: Ötən il 629 ton məhsul məhv edilib

 AQTA:  Ötən il 629 ton məhsul məhv edilib
  13 Fevral 2020    Oxunub:3454
"2019-cu il ərzində əhalinin qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri həyata keçirilib".
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

Q.Təhməzli bildirib ki, həyata keçirilən tədbirlər zamanı ümumilikdə 103703.4 ton və 99382 ədəd məhsul müxtəlif üsul və vasitələrlə zərərsizləşdirilib: "629.3 ton, 9734.9 litr və 152 ədəd məhsul məhv edilib. 33273 ton məhsul isə utilizasiya olunub".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: AQTA   Məhsul  





Xəbər lenti