“Rüşvət olayı ört-basdır edilə bilməz” - Güldən sərt ÇIXIŞ
AzVision.az-ın türk mətbuatına istinadən xəbər verir ki, prezident xəbərdarlıq edib ki, bu məsələnin üstü bağlana bilməz:
“Məhkəmə müstəqildir, hamı bunun nəticəsini görəcək. Ortada korrupsiya varsa, onun üstünü örtmək olmaz. Hamı məhkəmə prosesinə hörmət etməlidir. Məhkəmə düzgün nəticəni əldə edəcək”-deyə, A.Gül bildirib.
Abdulla Gül vurğulayıb ki, 10 il ərzində köklü islahatlar aparılıb: “Bütün bunların olsuğu ölkədə hansısa qaçaqmalçılıq və ya qanun pozuntusu varsa, onu gizlətmək olmaz. Çünki türkiyə bundan 15-20 il əvvəlki Türkiyə deyil”.
Prezident bu haqda ilk çıxışını Çankaya iqamətgahında keçirilən
mükafatlandırma mərasimində edib.
Daha sonra məlum olaylarda oğlu həbs edilən daxili işlər naziri Müəmmər Gülər ötən həftə baş tutan qaçaqmalçılıq və rüşvət əməliyyatı ilə bağlı açıqlama verib.
Nazir bu həbslərin siyasi məqsəd daşıdığını bildirib.
“Bu, hüquqi məsələ deyil, siyasi məsələdir. Bunlar hər şeyi öz ağıllarına uyğun hazırlayıblar. Edam da ediblər. Bunları keçmişdə də ediblər, amma iki səhv bir doğrunu əmələ gətirmir”.
Nazir oğlunun evindən çıxan pullara da aydınlıq gətirib: “Bu əməliyyatdan dərhal sonra mən baş nazirə dedim ki, nə lazımdırsa, edəcəm. O, özü də qeyd etdi ki, nə etmək lazımdırsa, edəcək. Oğlumun evindən çıxan pul satdığı villanın puludur və onun sənədləri də var. Bütün sənəd-sübutları göstərəcəm”.
Qeyd edək ki, Türkiyədə son günlər rüşvət və korrupsiya qalmaqalı yaşanır. Belə ki, rüşvət əməliyyatı nəticəsində 2 nazirin oğlu, iş adamı Rza Zərrab və çoxlu sayda iş adamı qaçaqmalçılıq və rüşvətxorluqda ittiham olunaraq saxlanılıb.
AzVision.az