Sarkisyan klanının tutduğu vəzifələr- SİYAHI

Sarkisyan klanının tutduğu vəzifələr-  SİYAHI
  24 Dekabr 2013    Oxunub:3840
Ermənistanda klan hakimiyyətinin mövcudluğu hər kəsə məlumdur. 22 ildir ki, müstəqil olan Ermənistanda “qohumbazlıq” və “yerlibazlıq” dərin kök salıb. Ölkədə katastrofik həddə çatan immiqrasiya və səfalət fonunda hakim elita nümayəndələri və onların qohumları sanki sarmaşıq kimi ölkənin idarəçilik sisteminə dolanıb.

AzVision.az erməni mətbuatındakı istinadən Sarkisyan hakimiyyətinin qohum siyasətçilərinin siyahısını təqdim edir.

Ermənistan parlamentinin Səhiyyə, Ana və Uşaq Problemləri üzrə daimi Komissiyasının sədri Ara Babloyanın oğlu Arman Babloyan Səhiyyə nazirinin müavinidir.



Hakim Respublika Partiyasının parlamentdəki fraksiya rəhbəri Qalust Saakyanın bir oğlu- Tiqran Səhiyyə nazirinin müavini, digər oğlu, keçmiş deputat Arman isə Ermənistan hökuməti yanında Dövlət Əmlakının İdarəolunması Xidmətində şöbə rəisidir.



Ermənistan Konstitutsiya məhkəməsinin sədri Qaqik Arutunyanın qardaşı Arzuman Arutunyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavinidir. Bacısı Şamam Arutunyan isə Əmək və Sosial Məsələlər Nazirliyində nazir müavini kimi çalışır. Onun oğlu Artak Arutunyan isə Baş Prokurorluqda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya işləri üzrə idarənin rəisidir.

Sabiq Yerevan meri, Ermənistan hökuməti yanında Daşınmaz Əmlakın Kadastrı Komitəsinin sədri Yervand Zaxaryanın oğlu Artak Zaxaryan Yerevanın Malatiya-Sebastiya rayonu üzrə hakim işləyir.



Ermənistan Milli Təhlükəsizlik Xidmətinin 1-ci müavini Qraçya Arutunyan oğlu Qraçyi Arutunyan Yerevanın Avan və Nor-Nork rayonları üzrə hakimdir.

Ermənistan parlamentinin vitse-spikeri, Respublika partiyasının mətbuat katibi Erik Şarmazanov Vanadzor şəhərininin Taron rayonunda polis idarəsi rəisi kimi fəaliyyət göstərir.



“Respublika” fraksiyasından parlament üzvü, biznesmen Samvel Aleksanyanın qardaşı oğlu Artak Aleksanyan paytaxtın Malatiya-Sebastiya rayonunun icra hakimidir.



Ölkənin baş naziri Tiqran Sarkisyanın qardaşı Armen Ermənistanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir.



Ermənistan energetika naziri Armen Movsisyanın qardaşı Amerika Birləşmiş Ştatlarında Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Tatul Marqaryandır.



Ermənistan Nəzarət Palatasının sədri İşxan Zakaryanın həyat yoldaşı Qayane Soqomonyan Yerevan meriyasında təhsil şöbəsinin müdiridir.



Ermənistanın səhiyyə naziri Derenik Dumanyanın oğlu Qurgen Dumanyan Serj Sarkisyanın Aparat rəhbəridir.



AzVision.az


Teqlər:  





Xəbər lenti