Vergi və gömrük sahəsində verilmiş güzəştlərlə bağlı qərarın şərhi

  11 Fevral 2020    Oxunub : 1773
 Vergi və gömrük sahəsində verilmiş güzəştlərlə bağlı qərarın şərhi
Nazirlər Kabineti vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasını təsdiq edən Qərarı şərh edib.
Azvision.az xəbər verir ki, Nazirlər Kabinetinin şərhində son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş büdcə-vergi siyasətinin əsas prioritet istiqamətlərinin qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olduğu bildirilir. Bu məqsədlə qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixracyönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilib.

Nazirlər Kabinetinin qəbul edilmiş Qərarında vergi və gömrük sahəsində güzəşt və azadolmaların müəyyən edilməsi meyarlarına; güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyasına; güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsinə; güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılmasına dair tənzimləmələr nəzərdə tutulub.

Təklif edilən metodologiyaya görə güzəştlərin verilməsi büdcə itkilərinin hesablanması; ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri; statistik məlumatlar; güzəşt tətbiq olunan vergi və mülkiyyət növü; vergiödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası; idxal-ixrac əməliyyatları; dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamalar və digər əlaqəli məlumatlar əsasında həyata keçiriləcək.

Azvision.az

Teqlər: Vergi   Gömrük