Ebru Gündeş Rza Zərraba görə cərimələnəcək

Ebru Gündeş Rza Zərraba görə cərimələnəcək
  24 Dekabr 2013    Oxunub:1179
Türkiyəli müğənni Ebru Gündeş Yeni il konsertini ləğv etdiyi üçün cərimə ödəyə bilər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rüşvət və qaçaqmalçılıq əməliyyatında saxlanan iş adamı Rza Zərrabın həyat yoldaşı olan müğənninin Kiprdə “Nuhun gəmisi” otelində səhnəyə çıxacağı gözlənilirdi. Onun fanatları müğənninin konserti üçün 3 min 750 türk lirəsi ödəyib və oteldə boş yerin qalmadığı bildirilib.

Ebru Gündeşin bu qərarından sonra isə otel müdriyyəti Muazzez Abacı və Səlami Şahinlə razılığa gəlib. Müğənni bu qərarına görə otelə cərimə ödəməli ola bilər.

Qeyd edək ki, o, “Nuhun gəmisi”ndə 250 min lirə qarşılığında çıxış edəcəkdi.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti