Naxçıvanda 36 minə yaxın yeni iş yeri açılıb

Naxçıvanda 36 minə yaxın yeni iş yeri açılıb
  11 Fevral 2020    Oxunub:2136
2010-cu ildən 2020-ci ilədək muxtar respublikada, ümumilikdə, 35 min 791 yeni iş yeri açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin edib, 2009-cu ilin sonu ilə müqayisədə məşğul əhalinin sayı 20,2 faiz artaraq 2019-cu ilin sonuna 249 min nəfər olub. 2019-cu ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 484 manatdan çox olub ki, bu da 2009-cu ildəki müvafiq göstəricidən 1,8 dəfə çoxdur.

Azvision.az


Teqlər: Naxçıvan   İşyeri  





Xəbər lenti