Saakaşvili Ukraynada “arzuolunmaz şəxs” elan edildi

 Saakaşvili Ukraynada “arzuolunmaz şəxs” elan edildi
  24 Dekabr 2013    Oxunub:1395
36 nəfərlik “qara siyahı”da ABŞ və Avropa Birliyi vətəndaşları da var.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti Regionlar partiyasından parlament üzvü Oleq Çarevin ölkədə “arzuolunmaz şəxs” elan olunmasını tələb edən 36 nəfərdən ibarət siyahısına müsbət cavab verib.

Həmin şəxslərin “müxalifətlə konsultativ danışıqlar prosesində digər ölkələrin siyasi maraqlarını həyata keçirmək” cəhlərinin ola biləcəyi göstərilir. “Gürcüstanın eks prezidenti Mixail Saakaşvilinin də aralarında olduğu siyahıda əsasən Qərb ölkələrinin vətəndaşları yer alıb. Onların arasında Con Hopkins Universitetinin Transatlantika Mərkəzinin elmi işçisi Taras Kuzyo, alman politoloqu Andreas Umland, Fink Brayn, Basilik Miron və Aleksandr Ros da var.

Oleq Çarev Alesandr Rosu “dünayda sosial şəbəkələr vasitəsilə inqilab təşkil etmək sahəsində ən yaxşı mütəxəssis” elan edib.

Artıq Ukrayna hakimiyyətinə bununla bağlı etiraz edən “Batkovşina” fraksiyasının sədr müavini Sergey Sobelev Avropa Birliyi və ABŞ-ın Yanukoviçə qarşı analoji addımlar atacağı halda Ukrayna prezidentinin yalnız Şimali Koreyaya səfər edə biləcəyini ehtimal edib.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti