Gülənin qarğışına Türkiyədən daha bir etiraz
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin dini işlər üzrə idarə heyətinin nümayəndəsi Xəlil Altuntaş bildirib ki, müsəlmanlar bir-birinə qarğış etməməlidir:
“Bu, islam əxlaqına ziddir. Həzrəti Məhəmməd, hətta İslama düşmənlik edənlərə də qarğış etməyib”.
Qurumun rəsmi saytında qarğışla bağlı bölümdə də müsəlmanların hər hansısa səbəbdən bir-birilərinə qarğış etməyi İslam əxlaqı ilə uyğun gəlmir sözləri yazılıb:
“Peyğəmbərimiz ancaq islamın qəddar düşmənlərindən olan Əvu Cəhil, Üməyya ibn Xələf və bu qəbildən 7 nəfərə qarğış edib ki, onlar da Bədir müharibəsində ölüb, peyğəmbərin qarğışı həyata keçib”.
Fatimə Kərimli