Pərviz Müşərrəfin məhkəməsi başlayır
İslamabad hərbi məhkəməsində keçiriləcək prosesdə general 2007-ci ildə baş verən hadisəyə görə mühakimə olunur. Həmin vaxt ölkə konstitutsiyasının fəaliyyətini dayandıran Müşərrəf ölkədə fövqəladə hal elan etmişdi. 70 yaşlı sabiq lider bir neçə qətldə və məhkəmənin fəaliyyətinin məhdudlaşdırılmasında ittiham olunur.
Tarixində bir neçə hərbi çeviriliş baş verən Pakistanda ilk dəfədir ki, hər hansı general buna görə mühakimə olunur.
1999-cu ildə hərbi çeviriliş nəticəsində hakimiyytəi ələ alan General Pərviz Müşərrəf 2008-ci ildə demokratik qüvvələrin təzyiqi ilə istefa vermişdi. Sonradan London və Dubayda mühacirət həyatı yaşayan keçmiş lider bu ilin martında parlament seçkilərində iştirak etmək üçün Pakistana geri dönmüşdü. Lakin barəsində qaldırılan cinayət işləri ilə əlaqədar seçkilərdə iştirak edə bilməmişdi.
Müşərrəf haqqında olan ittihamlara belə cavab verib. “Mənim etdiklərim yalnız Pakistanın inkişafı və çiçəklənməsi naminə idi. Mən bütün məsələlərlə bağlı cavab verəcəm. Mən gizlənməyəcəm”.
Vüqar İsmayılov